• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil edilmiş VI Respublika Spartakiadasının final mərhələsinin açılış mərasimi keçirilib.

Qeyd edək ki, şagirdlər 2011-ci ilin fevral-oktyabr aylarında keçirilmiş spartakiadada 8 idman növü üzrə (futbol, həndbol, basketbol, voleybol, stolüstü tennis, atletika, Yunan-Roma güləşi və boks) 3 mərhələdə mübarizə apararaq IV – final mərhələsində iştirak etmək hüququ qazanıblar. Spartakiadanın I mərhələsi məktəbdaxili, II mərhələsi rayon və şəhər, III mərhələsi zona yarışlarından ibarət olub. Yalnız Yunan-Roma güləşi və boks üzrə yarışlar birbaşa final mərhələsində keçirilir.
Spartakiadanın final mərhələsinin oyunlarına oktyabrın 18-də – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü günü yekun vurulacaq. Final mərhələsində müxtəlif idman növləri üzrə şəxsi və komanda yarışları qaliblərinin 3 qrup üzrə (şəhərlər, rayonlar və ilk peşə-ixtisas məktəbləri)   mükafatlandırılması nəzərdə tutulub.
İki ildən bir təşkil edilən Respublika Spartakiadası ölkəmizdə keçirilən ən kütləvi idman tədbirlərindən biridir. Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə qərarına əsasən keçirilən spartakiada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.
Spartakiadanın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, uşaqların fiziki cəhətdən sağlam böyümələrinə, daim müxtəlif idman növləri ilə məşğul olmalarına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu, gənclərin idman ustalıqlarını artırmaqdır.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov, sektor müdiri Aydın Məmmədov, Təhsil Nazirliyinin baş məsləhətçiləri Arzu Qarayev, Elnur Əlizadə, pedaqoji və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


10 il əvvəl