• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 12-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və KAİST Universitetinin Planlaşdırma və idarəetmə departamentinin direktoru Konq Pak ilə görüşüb.

Qonaqları səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreyanın son illər inkişaf edən əlaqələrindən, təhsil sahəsində əməkdaşlığın əsas istiqamətlərindən söz açıb, iki ölkə arasında bu sahə üzrə müxtəlif sənədlər imzalandığını qeyd edib. Azərbaycanla Koreya arasında tələbə mübadiləsinin aparıldığına diqqət çəkən nazir əlavə edib ki, 16 azərbaycanlı gənc KAİST universitetində təhsil alır. Mövcud əməkdaşlığın son hədd olmadığını söyləyən təhsil naziri Azərbaycanda da KAİST tipli ali məktəbin yaradılacağına ümidvar olduğunu söyləyib.
KAİST Universitetinin Planlaşdırma və idarəetmə departamentinin direktoru Konq Pak səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. Azərbaycanın sürətli inkişafının bütün sahələrdə özünü büruzə verdiyini bildirən qonaq KAİST Universitetində oxuyan azərbaycanlı tələbələrin təhsillərini uğurla davam etdirdiklərini vurğulayıb. KAİST Universitetinin rəhbərliyinin qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu nəzərə çatdıran Konq Pak bundan sonra da təmsil etdiyi ali məktəbdə azərbaycanlı tələbələrin oxuması üçün köməklik göstəriləcəyinə inandığını bildirib.
Dünyanın ən yaxşı 100 ali məktəbi arasında KAİST Universitetinin layiqli yer tutduğunu söyləyən təhsil naziri Misir Mərdanov bunu yüksək nailiyyət kimi dəyərləndirib. Nazir Azərbaycanlı tələbələrin belə yüksək reytinqli ali məktəbdə təhsil almasından məmnunluğunu ifadə edib, ölkələrimiz arasındakı əlaqələrin inkişafında səfir Li Ci Hanın mühüm rolu olduğunu vurğulayıb.
Daha sonra mövcud istiqamətlər üzrə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi imkanları müzakirə olunub.


10 il əvvəl