SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 12-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişinin imzalanması mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq Koreya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən və bu əlaqələr çərçivəsində təhsil sahəsində yaradılmış əməkdaşlıqdan söz açıb. Nazir son illər təhsil əlaqələrinin daha geniş vüsət aldığını, birgə aparılan işlərdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) mühüm rolu olduğunu diqqətə çatdırıb, habelə təşkilatın rəhbərliyinə həyata keçirilən layihələrlə bağlı təşəkkürünü bildirib.
Sonra Misir Mərdanov imzalanacaq Qrant Sazişi barədə məlumat verərək qeyd edib ki, bu ilin mayında KOICA-nın işçi qrupu, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti arasında “Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sisteminin yaradılması” layihəsi üzrə Müzakirə Protokolu imzalanıb. Nazir KOICA tərəfindən “Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişi” layihəsinin təqdim olunduğunu və layihə üzrə müvafiq razılaşdırma prosedurlarının başa çatdırıldığını bildirib. Layihənin əsas məqsədinin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsi olduğunu qeyd edən Misir Mərdanov layihə üzrə işlərin 3 il ərzində həyata keçiriləcəyini vurğulayıb. Eyni zamanda nazir layihədə KOICA-nın Azərbaycan Texniki Universitetini zəruri avadanlıqlarla təmin etməsi, koreyalı mütəxəssislərin Azərbaycana ezam olunması, Azərbaycan Texniki Universitetinin işçi və mühəndisləri üçün Koreyada təlimlərin təşkili və digər bu kimi mühüm məsələlərin əks olunduğunu deyib.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha Koreya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan, təhsil sahəsi üzrə həyata keçirilən tədbirlərdən söz açıb. Səfir iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin Koreya ilə Azərbaycan arasındakı əməkdaşlığa uğurlu töhfələr verdiyini vurğulayıb. KOİCA-nın məqsədlərindən, dünyanın 26 ölkəsi, o cümlədən keçmiş sovetlər birliyinə daxil olan respublikalardan yalnız Azərbaycan və Özbəkistanla əlaqələr yaratdığından danışan Li Ci Ha iki ölkənin universitetləri arasında birbaşa əməkdaşlığın mövcud olduğunu da qeyd edib. Səfir bildirib ki, hazırda 76 azərbaycanlı gənc Koreya universitetlərində, 22 koreyalı isə ölkəmizin ali məktəblərində təhsil alırlar. Öz ölkəsinin tarixi və qısa müddətdə iqtisadi inkişafa nail olunması barədə məlumat verən Li Ci Ha bütün bu uğurların yalnız təhsillə əldə olunduğunu nəzərə çatdırıb. Səfir, həmçinin imzalanacaq Qrant Sazişi üzrə işlərin uğurla həyata keçirilməsində öz dəstəyini əsirgəməyəcəyini deyib.
Sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişi imzalanıb. Sazişi Azərbaycan Hökuməti adından təhsil naziri Misir Mərdanov, Koreya tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Li Ci Ha imzalayıb.
İmzalanma mərasimində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov iştirak ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl