SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 11-də təhsil naziri Misir Mərdanov YUNESKO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Yanis Karklinş və bu təşkilatın Moskva nümayəndəliyinin rəhbəri Dendev Badarçla görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, YUNESKO Azərbaycan Respublikası Təhsil Nazirliyinin ən yaxın tərəfdaşı və geniş əlaqəsi olan bir təşkilatdır. Nazir Azərbaycanın bu təşkilatla yüksək əlaqələrinin qurulmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğunu diqqətə çatdırıb. YUNESKO ilə əməkdaşlığın əsasən 8 istiqamət üzrə aparıldığını vurğulayan təhsil naziri bu istiqamətlərin hər biri üzrə geniş məlumat verib. Öncə YUNESKO-nun Assosiativ Məktəblər Layihəsi üzrə Azərbaycanın 18 təhsil müəssisəsinin dünyanın 35 ölkəsinin təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyindən söz açan nazir hazırda bu təşkilatla əməkdaşlıq çərçivəsində ölkəmizin 2 ali təhsil müəssisəsində YUNESKO kafedralarının açıldığını deyib. Misir Mərdanov həmin kafedraların Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərdiyini qeyd edib.
YUNESKO-nun ən irimiqyaslı layihələrindən biri olan “Təhsil hamı üçün” Proqramında Azərbaycanın fəal iştirak etdiyini vurğulayan Misir Mərdanov ölkəmizin 1998-ci ildən qoşulduğu həmin proqramın səmərəli şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda nazir YUNESKO-nun ekspert və maliyyə dəstəyi ilə Təhsildə İslahatlara Yardım Mərkəzi qeyri-hökumət təşkilatının yaradıldığını və inklüziv təhsil üzrə layihə həyata keçirildiyini bildirib.
Daha sonra nazir 2005-ci ildə Bakıda “YUNESKO-Azərbaycan: gələcəyə körpü” mövzusunda beynəlxalq konfrans keçirildiyini, həmin konfransda təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandığnı nəzərə çatdırıb. Misir Mərdanov, həmçinin 2008-ci ilin mayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda YUNESKO-nun Dünyada Savadlılığın Dəstəklənməsi üzrə regional konfransının keçirildiyini və dünyada tanınmış şəxslərin, təhsil üzrə ekspertlərin bu tədbirə qatıldığını vurğulayıb.
Misir Mərdanov əlavə edib ki, hazırda Təhsil Nazirliyi və YUNESKO “Azərbaycanda peşə təhsilinin inkişafı“ layihəsini həyata keçirir. Nazir layihənin əsas məqsədinin iki peşə-ixtisas təhsili üzrə müasir standartlara cavab verən kurikulum, dərs vəsaitləri və dərsliklərin hazırlanması olduğunu qeyd edib. Təhsil naziri qeyd olunan tədbir və layihələrin Azərbaycanda uğurla həyata keçirilməsində YUNESKO-nun Moskva nümayəndəliyinin rəhbəri Dendev Badarçın, eləcə də Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Eleonora Hüseynovanın fəal və səmərəli fəaliyyətinin mühüm rol oynadığını nəzərə çatdırıb.
Görüşdə bir sıra təkliflərlə çıxış edən nazir onu da bildirib ki, təhsil sisteminin informasiyalaşdırılmasının ölkə başçısının diqqətdə saxladığı məsələlərdən biri olduğunu nəzərə alaraq, ikitərəfli əməkdaşlıqda İKT sahəsinə də geniş yer verilməlidir. İKT-nin təhsildə rolunu və əhəmiyyətini vurğulayan Misir Mərdanov orta məktəblərdə müəllimlərin dərs prosesində müasir informasiya və kompüter texnologiyalarından istifadəsinin ən mühüm məsələlərindən biri olduğunu qeyd edib. Nazir müəllimlərin kompüter və informasiya texnologiyalarından istifadə bacarıqlarının təkmilləşdirilməsi sahəsində YUNESKO ilə birgə layihənin və Bakıda müvafiq treninqlərin həyata keçirilməsinin, Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi üzrə YUNESKO tərəfindən ekspert yardımı göstərilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Eyni zamanda Misir Mərdanov YUNESKO ilə əməkdaşlığın davamlı və daha da səmərəli olacağına əminliyini ifadə edib.
Səmimi qəbul və görülmüş işlər haqqında ətraflı məlumat verdiyi üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Yanis Karklinş öncə təmsil olunduğu təşkilatda üzərinə düşən vəzifə barədə məlumat verib. YUNESKO-nun öz fəaliyyətində diqqət yetirdiyi sahələrdən birinin informasiya və kommunikasiya texnologiyaları olduğunu qeyd edən qonaq Azərbaycana bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Yanis Karklinş müəllimlərin İKT bacarıqlarının təkmilləşdirilməsini başlıca məsələlərdən biri kimi dəyərləndirib və bu təşkilatın qeyd olunan istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi və nəzərdə tutduğu layihələrdən söz açıb. İKT-nin bilik cəmiyyətinin qurulmasında əhəmiyyətini diqqətə çatdıran qonaq bu sahənin sürətlə inkişaf etməsi, onun təhsildə rolu və əldə olunan nailiyyətlər barədə fikirlərini bildirib.
Görüşdə daha sonra qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl