• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 11-də Təhsil Nazirliyinin sifarişi əsasında 2011-2012-ci dərs ilində Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq təhsil sahəsində müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan nazir Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları müəyyənləşdirilərkən daha ümdə məsələlərin önə çəkilməsinin vacibliyini bildirib.
Təhsil Nazirliyinin sifarişi ilə cari dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2011-2012-ci dərs ilində, əsasən tətbiqi xarakterli mövzuların araşdırılmasının nəzərdə tutulduğunu qeyd edib. İnstitutun direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib. Ayrı-ayrı mövzuların tədqiqi ilə bağlı konkret layihələrin hazırlandığını söyləyən A.Mehrabov xüsusi olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi, ilkin pedaqoji kadr hazırlığı, ibtidai təhsil, fənn kurikulumları, peşə-ixtisas təhsili, beş yaşlıların məktəbə hazırlığı və digər məsələlərin əhatə olunduğunu vurğulayıb.
Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzularının siyahısına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini nəzərə çatdıran təhsil naziri Misir Mərdanov tədqiqatlar aparılarkən dünya təcrübəsinin nəzərə alınmasının səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Nazir institut tərəfindən təlim texnologiyaları, dərslik, rasionallaşdırma və digər mövzularla bağlı tədqiqatların aparılmasını təhsildə keyfiyyətin yüksəldilməsi baxımından daha əhəmiyyətli hesab etdiyini bildirib.
İclasda tədqiqat mövzuları ilə bağlı suallar cavablandırılıb və bir sıra müvafiq təkliflər irəli sürülüb.


10 il əvvəl