• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 10-da Təhsil Nazirliyində «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib.

İclası təhsil naziri, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin sədri Misir Mərdanov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən artıq 4 ildir ki, ölkəmizdə müvafiq müsabiqələr keçirilir. Nazir diqqətə çatdırıb ki, ötən dövrdə Təşkilat Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib, üzvlərin sayı 28 nəfərə çatdırılıb. Yeni üzvlərin adlarını açıqlayan təhsil naziri Təşkilat Komitəsinin balanslaşdırılmış bir qurum olduğunu söyləyib.
Sonra nazir 2008-2011-ci illərdə «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin nəticələri haqqında geniş təqdimat edib.
Nazir ilk öncə müsabiqənin keçirilməsini təmin edən hüquqi sənədlərdən söhbət açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyində bir sıra təşkilati tədbirlər həyata keçirilib. Misir Mərdanov deyib ki, qısa müddət ərzində «Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri», «Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları» hazırlanıb və dövlət başçısının 2008-ci il 25 fevral tarixli fərmanı ilə təsdiq olunub. Müsabiqələrin mütəşəkkil keçirilməsi və kollegial qərarların qəbul olunması məsələlərinə toxunan təhsil naziri qeyd edib ki, ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsinin tərkibi 2008-2009-cu tədris ilində 25 nəfər olduğu halda, 2010-cu ildə 26, 2011-ci ildə isə 28 nəfərə yüksəlib.
Təhsil naziri Misir Mərdanov müsabiqələrin mərhələləri haqqında məlumat verib və təqdim olunmuş sənədlərin təhlili, göstəricilərin qiymətləndirilməsi üzrə ekspert qruplarının fəaliyyətindən söz açıb. Nazir qeyd edib ki, 3 mərhələdən ibarət olan müsabiqələrin iştirakçıları hər bir mərhələ üzrə 10 ballıq şkala üzrə qiymətləndirilir və qaliblər 3 mərhələ üzrə topladıqları balların yekununa görə müəyyən olunur.
Təhsil naziri «Ən yaxşı ümumtəhsil məktəbi» üzrə müsabiqəyə 2008-ci ildə 126, 2009-cu ildə 139, 2010-cu ildə 113 və 2011-ci ildə 145 olmaqla, cəmi 533 məktəbin sənəd təqdim etdiyini nəzərə çatdırıb. Nazir bildirib ki, müsabiqədə iştirak etmək istəyən məktəblərin sayı çox olduqca, seçim imkanı daha da artır.
 Daha sonra Misir Mərdanov müsabiqələrin şərtlərində edilmiş dəyişikliklərin məzmunu ilə yığıncaq iştirakçılarını tanış edib.
 İclasda müsabiqələrin şərtlərinə təklif edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb.


10 il əvvəl