SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 7-də Təhsil Nazirliyində Tacikistan Respublikası Prezident Aparatının Təhsil və elm şöbəsinin müdiri Əbdülhəmid Nazimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ölkəmizin monitorinq və qiymətləndirmə sahəsində təcrübəsi, məktəbdaxili və beynəlxalq qiymətləndirmə istiqamətində həyata keçirilən tədbirlər ətrafında müzakirələr aparılıb.
Təhsil nazirinin müavini Qulu Novruzov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlardan söz açan nazir müavini ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Dövlət büdcəsindən təhsilə ayırılan vəsaitlərin ilbəil artdığını nəzərə çatdıran Qulu Novruzov müstəqillik illərində təhsillə bağlı 16 Dövlət Proqramının həyata keçirildiyini söyləyib.
Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində görülmüş işlərə toxunan nazir müavini bu baxımdan Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Q.Novruzov bildirib ki, Dünya Bankı ilə qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq Təhsil Nazirliyində 2004-cü ildən Monitorinq və qiymətləndirmə şöbəsi fəaliyyətə başlayıb. Monitorinq və qiymətləndirmə şöbəsinin fəaliyyəti haqqında söhbət açan nazir müavini müvafiq istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirildiyini vurğulayıb.
Tacikistan Respublikası Prezident Aparatının Təhsil və elm şöbəsinin müdiri Əbdülhəmid Nazimov bu görüşdən məmnunluq duyduğunu bildirib, səfər proqramı çərçivəsində Şəki şəhərində və ölkəmizin bir neçə ali təhsil müəssisəsində olduqlarını nəzərə çatdırıb. Keçirilən digər görüşlərdən də razılığını ifadə edən qonaq Azərbaycanın ali məktəblərə qəbul, məktəbdaxili və beynəlxalq qiymətləndirmə təcrübəsi ilə yaxından maraqlandıqlarını söyləyib.
Rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva son illər Azərbaycanda milli və beynəlxalq qiymətləndirmə sahələrində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini önə çəkən şöbə müdiri müvafiq beynəlxalq təcrübənin ölkəmizdə uğurla tətbiq edildiyini bildirib.
Milli və beynəlxalq qiymətləndirmə prosesinin mahiyyəti və təşkili qaydalarına toxunan T.Hacıyeva rəhbərlik etdiyi şöbənin potensialı və texniki imkanları barədə qonaqları məlumatlandırıb. İlbəil milli və beynəlxalq qiymətləndirmə prosesinin təkmilləşdirildiyini nəzərə çatdıran şöbə müdiri müvafiq sahədə həyata keçirilən tədbirlərin təhsilin səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Görüşdə Tacikistan Respublikasından gəlmiş nümayəndə heyətinin digər üzvləri də müzakirə olunan məsələlərə dair fikirlərini bildirib, onları maraqlandıran suallar cavablandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl