SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim gününə həsr olunmuş mərasim keçirilib.
Mərasimdən öncə rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş müəllimlər Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə qərənfillər düzüblər.
Beynəlxalq Müəllim gününə həsr olunmuş tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bu əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Nazir ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısı haqqında danışıb, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Azərbaycanda 2004-cü ildən Beynəlxalq Müəllim gününün qeyd olunduğunu vurğulayan Misir Mərdanov ölkə Prezidentinin bir qrup təhsil işçisinin təltif olunması haqqındakı son sərəncamlarını müvafiq sahəyə olan diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirib. Təhsil naziri Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində qazanılmış uğurlardan söz açaraq bildirib ki, 1998-ci ildən ötən dövrdə 2200-dən çox müəllim ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə müxtəlif təltiflərə layiq görülüb. Nazir, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin inkişafı baxımından həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən də ətraflı bəhs edib.
Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif olunmuş təhsil işçiləri haqqında məlumat verərək bildirib ki, oktyabrın 3-də 128 nəfər “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medallarına layiq görülüb.
Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 4 ildir ki, keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin əhəmiyyətinə toxunan nazir bu müsabiqələrin Azərbaycan təhsilinin inkişafına xüsusi təkan verdiyini nəzərə çatdırıb. Misir Mərdanov qeyd edib ki, ümumtəhsil məktəbləri və müəllimlər arasında sağlam rəqabət mühiti yaradan bu müsabiqələr, eyni zamanda pedaqoji sahədə çalışanların təşəbbüskarlığına geniş meydan açır.
Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub. Eyni zamanda 2010-2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qaliblərinə müvafiq vəsiqələr verilib.
Tədbirdə təltif olunmuş təhsil işçiləri adından müəllimlərin əməyinə verilən belə yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.
Mərasimdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev də iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl