• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 30-da təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və proqram koordinatoru Fidan Ağacanova ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamladıqdan sonra Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və bu əlaqələrin son illər daha da inkişaf etdiyindən söz açıb. Nazir Koreya ilə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə səmərəli əlaqələri, ali və peşə təhsili istiqamətində birgə aparılan layihələrdə Koreya tərəfinin göstərdiyi dəstəyi xüsusi qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü işlərdən danışan Misir Mərdanov bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb.
Təhsil naziri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Azərbaycan Texniki Universitetində həyata keçiriləcək “Təhsil informasiya sisteminin yaradılması” layihəsindən bəhs edib və əsas məqsədi elektron təhsil sisteminin yaradılması olan bu layihənin dövlət başçısının mövcud istiqamətdə yeritdiyi siyasətə uyğun olduğunu vurğulayıb.
 Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Öncə Kim Eun Suk təmsil olunduğu agentliyin ölkəmizdə reallaşdırdığı layihələrin əhəmiyyətli nəticələrini qeyd edib. Azərbaycana bir ay öncə gəldiyini nəzərə çatdıran qonaq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından yeni layihələrin reallaşdırılmasının önəmli olduğunu vurğulayıb. Kim Eun Suk eyni zamanda təhsil sahəsi üzrə prioritet layihələrin qısa müddətdə müəyyənləşdirilməsinin məqsədəuyğunluğunu bildirib. Qonaq onu da əlavə edib ki, həmin layihələr öz təsdiqini tapdıqdan sonra müvafiq istiqamətdə iş aparılacaq.
Misir Mərdanov Təhsil Nazirliyində elektron sənəd dövriyyəsinin təşkili işində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyinin əhəmiyyətini qeyd edib, yaxın günlərdə isə yeni layihələrin müəyyənləşdiriləcəyini nəzərə çatdırıb.


10 il əvvəl