SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində təhsilin inkişafındakı xidmətlərinə görə bu ali təhsil ocağının "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Əməkdar müəllim" fəxri adları ilə təltif olunmuş bir qrup əməkdaşına mükafatların təqdimetmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ilk öncə mərasim iştirakçılarını salamlayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2011-ci il tarixli sərəncamları ilə Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup əməkdaşının fəxri adlarla təltif olunmasını ölkə başçısının təhsil işçilərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Misir Mərdanov universitetin təltif olunmuş əməkdaşlarına "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Əməkdar müəllim" fəxri adı vəsiqələrini təqdim edib. Daha sonra nazir yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 80 illik yubileyi münasibətilə bu ali məktəbin bir qrup digər əməkdaşına Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanını, həmçinin fəxri fərmanlar verib.
Təhsil naziri çıxışının sonunda ölkəmizin bütün təhsil işçiləri adından Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə universitetin professor-müəllim heyətini təbrik edib və gələcək fəaliyyətlərində onlara daha böyük uğurlar arzulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl