SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, Rusiya, Türkiyə, Şimali Kipr, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən olan universitet rektorları, ölkəmizin aparıcı ali təhsil müəssisələrinin, elm mərkəzlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley mərasimindən öncə universitetin əsas korpusunun girişində ümummilli liderimiz Heydər Əliyevin 1952-1957-ci illərdə bu binada təhsil almasına dair xatirə lövhəsinin açılışı olub. Sonra mərasim iştirakçıları ulu öndərin universitetin foyesindəki abidəsini ziyarət edib, abidənin önünə tər çiçək dəstələri düzüblər.
Təntənəli yubiley mərasimini təhsil naziri Misir Mərdanov açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2011-ci il tarixli sərəncamları ilə Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup əməkdaşının «Şöhrət» ordeni, «Tərəqqi» medalı və «Əməkdar müəllim» fəxri adı ilə təltif olunduğunu bildirib. Nazir həmin sərəncamları iclas iştirakçılarının diqqətinə çatdırıb və təltif olunanları təbrik edib. Misir Mərdanov Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi və yubiley ərəfəsində universitetin bir qrup əməkdaşının təltif olunmasını ölkə başçısının təhsilə, təhsil işçilərinə diqqət və qayğısının daha bir bariz nümunəsi kimi dəyərləndirib, çoxminli təhsil işçiləri adından cənab İlham Əliyevə minnətdarlığını bildirib.
ADİU-nun 80 illik yubileyinin Azərbaycanın təhsil tarixində əlamətdar hadisələrdən biri olduğunu söyləyən nazir mərasimə qatılmış bütün qonaqlara, əksəriyyəti universitetin məzunları olan dövlət orqanlarının təmsilçilərinə və millət vəkillərinə dəvəti qəbul edib gəldikləri üçün təşəkkür edib. Təhsil naziri yubiley mərasimində dünyanın bir çox tanınmış alimlərinin, xüsusən də iqtisadiyyat üzrə üç Nobel mükafatçısının, habelə Nobelin nəticəsinin iştirak etməsinin sevindirici hal olduğunu bildirib, bunu Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlara göstərilən diqqətin təzahürü kimi səciyyələndirib.
Nazir onu da diqqətə çatdırıb ki, Azərbaycan Dövlət İqtisad Universitetinin vaxtilə ulu öndər Heydər Əliyevin də təhsil aldığı bu tarixi binası son bir ildə ölkə Prezidentinin tapşırığı ilə əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və burada tələbələr üçün yüksək şərait yaradılıb. Çıxışında ölkəmizdə ali təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunan Misir Mərdanov möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində ali təhsil müəssisələrinin, demək olar ki, hamısının maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulduğunu bildirib. Təhsil naziri qeyd edib ki, bu gün Azərbaycanın ali məktəblərində 7 mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bunu Azərbaycan təhsilinə dünyada olan hörmətin göstəricisi kimi qiymətləndirən nazir, eyni zamanda 10 mindən çox Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirdiyini nəzərə çatdırıb.
Təhsil naziri çıxışının sonunda Azərbaycanın bütün təhsil işçiləri adından Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi münasibəti ilə ali təhsil müəssisəsinin kollektivini təbrik edib, onlara ölkəmizdə iqtisad elminin inkişafında daha böyük uğurlar arzulayıb.
Yubiley mərasimində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev yubilyar ali məktəbin keçdiyi 80 illik tarixi inkişaf yolu, tədris ocağının ölkəmizin iqtisad elminə və təhsilinə verdiyi töhfələr, son illər universitetdə aparılan islahatyönümlü işlər barədə geniş məruzə edib.
Sonra iqtisadiyyat üzrə Nobel mükafatı laureatları Erik Maskin, Finn Kidland, Kristofer Pissarides, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov, Azərbaycanın Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Haşımov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov çıxış edərək yubiley münasibəti ilə ADİU-nun çoxminli kollektivinə təbriklərini çatdırıb, ölkəmizdə iqtisad elminin inkişafında universitetin mühüm rolundan söz açıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl