• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov İspaniya Krallığı Sahibkarlıq İnstitutunun (İnstituto de Empresa) Biznes Məktəbinin maliyyə yardımı üzrə direktoru Coel MakKonnell, Avropa və MDB ölkələri üzrə əlaqələrin inkişafı departamentinin direktoru Lyudmila İşçenko ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq Azərbaycan-İspaniya əlaqələrindən danışıb, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Son illər ölkəmizdə aparılan davamlı islahatlar, təhsilə göstərilən dövlət qayğısından söz açan nazir dövlət başçısının “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” sərəncam imzaladığını vurğulayıb.
Nazir Sahibkarlıq İnstitutunun Biznes Məktəbinin dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olduğunu diqqətə çatdırıb. Hazırda 2 azərbaycanlı gəncin bu təhsil müəssisəsində biznesin idarə edilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil aldığını bildirən Misir Mərdanov daha 2 nəfərin isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində məzun olduğunu diqqətə çatdırıb. Təhsil naziri bu təhsil ocağının dünya miqyasında biznes sahəsində mütəxəssislər yetişdirdiyini vurğulayıb və Sahibkarlıq İnstitutunun Biznes Məktəbi ilə əlaqələrin yaradılmasına önəm verdiyini açıqlayıb.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Sahibkarlıq İnstitutunun Biznes Məktəbinin maliyyə yardımı üzrə direktoru Coel MakKonnell öncə təmsil etdiyi təhsil müəssisəsi barədə məlumat verib. Qeyd olunan ali məktəbin dünyanın ilk 10 Biznes Məktəbi siyahısına daxil edildiyini vurğulayan qonaq burada 80-dən artıq ölkədən tələbələrin təhsil aldığını açıqlayıb. Qonaq bildirib ki, görüşün əsas məqsədi azərbaycanlı gənclərin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində, eləcə də təmsil olunduğu ali məktəbin ayırdığı təqaüdlər hesabına müxtəlif təhsil proqramları üzrə təhsil almasını təmin etməkdir. Coel MakKonnell bu məqsədlə ölkəmizdə müvafiq istiqamətlər üzrə kadr hazırlayan ali təhsil müəssisələrində və bir sıra dövlət qurumlarında görüşlər keçirmək niyyətində olduqlarını vurğulayıb.
Təhsil naziri Misir Mərdanov öz növbəsində qeyd edilən təklifi yüksək dəyərləndirib və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə qonaqların Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və Qafqaz Universitetində olması məqsədəuyğun hesab edilib.


10 il əvvəl