• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq ekspert Mariya Xose Limatr, Dünya Bankının nümayəndələri Saçiko Kataoka və Meskerem Mulatu ilə görüşüb.

Azərbaycanda ali təhsildə keyfiyyətin təminatı istiqamətində həyata keçirilmiş tədbirlərə toxunan Misir Mərdanov Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı əməkdaşlığın səmərəli nəticələr verdiyini, indiyə qədər imzalanan layihələrin uğurla reallaşdırıldığını qeyd edib. Nazir əlaqələrin inkişafı üçün zəruri olan tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Birgə görülən işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq mütəxəssislər qrupunun formalaşdırıldığını qeyd edən Misir Mərdanov Azərbaycan təhsilində baş verən yeniliklər haqda beynəlxalq ekspertlərin də müsbət fikirlər səsləndirdiyini nəzərə çatdırıb.
Nazir son illərdə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın üstün cəhətlərinə toxunub. Təhsil naziri Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin bütün pillələrində müsbət irəliləyişə nail olunduğunu qeyd edib.
Ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq ekspert Mariya Xose Limatr səmimi qəbul və təhsil sahəsində görülən işlərlə bağlı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə Dünya Bankı arasında səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan qonaq ali təhsildə keyfiyyətin təminatı, təhsil müəssisələrinin lisenziyalaşdırılması, akkreditasiyadan keçirilməsi və bu istiqamətdə Azərbaycanda mövcud olan təcrübə haqqında fikirlərini bildirib.
Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın istiqamətləri, ali təhsildə keyfiyyətin təminatı, təhsil müəssisələrinin lisenziyalaşdırılması, akkreditasiyası sahəsindəki müasir dünya təcrübəsi və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.


10 il əvvəl