• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya tərəfdən meneceri Herbert Strobelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Bu işin uğurla davam etdirildiyini nəzərə çatdıran Misir Mərdanov “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”ni yüksək dəyərləndirərək, bununla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq dəstək göstəriləcəyini bildirib.
Avropa İttifaqı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək layihənin uğurla reallaşdırılacağına ümidvar olduğunu söyləyən təhsil naziri birgə işin ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı məsələsinin təkmilləşdirilməsinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Misir Mərdanov bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır.
Təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün təşəkkür edən “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya tərəfdən meneceri Herbert Strobel layihə üzrə birgə görüləcək işləri nəzərə çatdırıb. Qonaq bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas müddəalardandır. Herbert Strobel layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçimi, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə görüləcək işlər haqqında söhbət açıb, layihə çərçivəsində çalışacaq ekspertlər üçün səmərəli iş şəraitinin yaradılması və digər məsələlərlə bağlı fikirlərini bildirib.
Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili və layihənin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb.


10 il əvvəl