• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında «Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol» mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Təhsil Nazirliyinin və AMEA-nın rəhbərliyi, nazirliyin əməkdaşları, ali məktəb rektorları və ziyalılar iştirak ediblər.
AMEA və Təhsil Nazirliyi tərəfindən birgə təşkil olunmuş konfransın iştirakçıları öncə «Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol» mövzusundakı sərgiyə baxıblar.
 «Müstəqil Azərbaycan Respublikasında yeni təhsil sisteminin formalaşması və inkişafı» mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanın tanınmış ziyalıları ilə görüşməyindən çox məmnun olduğunu bildirib və çoxminli təhsil işçiləri adından konfrans iştirakçılarını salamlayıb. Bugünkü tədbirin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında» sərəncama uyğun olaraq keçirildiyini xatırladan Misir Mərdanov müstəqillik illərində təhsil sisteminin inkişafı istiqamətində əldə olunmuş nailiyyətlərdən bəhs edib.
1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra təhsil sahəsində islahatların aparılmasına şərait yarandığını vurğulayan təhsil naziri ulu öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən də milli təhsil quruculuğu sahəsindəki misilsiz fəaliyyəti haqqında ətraflı söhbət açıb. Son 20 ildə təhsilə göstərilən dövlət  qayğısından danışan nazir deyib ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 dövlət proqramı imzalanıb və hazırda nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilməkdədir. Misir Mərdanov təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə mövcud vəziyyətin təhlili əsasında hazırlanmış bu proqramların reallaşması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu önə çəkib. Nazir, həmçinin təhsilin məzmunun yeniləşdirilməsi, yeni dərslik siyasətinin həyata keçirilməsi, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunduğunu nəzərə çatdırıb.
Konfransda AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov «Azərbaycanda təbiət elmləri son 20 ildə mövcud elmi potensial və inkişaf perspektivləri», AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı «Müstəqillik illərində Azərbaycanda ictimai-humanitar elmlər», Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva «Müstəqillik illərində Azərbaycanın ali təhsil müəssisələrində elmi tədqiqatların inkişaf yolu» və AMEA-nın Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev «Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında akademik elmin inkişafı» mövzularda çıxışlar ediblər.
Sonda «Elm məbədi müstəqillik illərində» filmi nümayiş olunub.    


10 il əvvəl