• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeni tədris ilindən etibarən ölkə üzrə ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanacaq.

Bu proses ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə edəcək.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları hazırlanır.


10 il əvvəl