• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bu il Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir.

İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb. Nəticədə 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.
Onu da qeyd edək ki, ibtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yerə qarşı (23-ü Bakı, digərləri respublikanın rayonları) 1722 nəfər ərizə verib. Eyni zamanda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də ərizə verənlərin sayı çox olub.
Hazırda namizədlər müsabiqənin II mərhələsi üzrə test imtahanında iştirak edirlər. İyulun 26-dan başlayan bu mərhələ üzrə namizədlər Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Təlim Mərkəzində xüsusi qrafik əsasında ixtisaslar üzrə elektron imtahan verirlər.
İbtidai sinif müəllimi ixtisası üzrə iyulun 26-dan iyulun 30-dək davam edən imtahanlarda 1244 iddiaçı iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 77 nəfər işə qəbul olunub. Vakant qalmış 33 yer keçid balı toplamış, lakin qəbul olunmamış müəllimlərə təklif edilib.
Növbəti həftə Azərbaycan dili və ədəbiyyat, daha sonra isə kimya, tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.
Məlumat üçün qeyd edək ki, indiyədək 3 min nəfərə yaxın müəllim müsabiqənin II mərhələsində imtahan verib.


10 il əvvəl