SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 22-dən 29-dək Taylandın Pattaya şəhərində məktəblilərin XXIII Beynəlxalq İnformatika Olimpiadası keçirilib.
Olimpiadada Azərbaycan komandasının üzvü Azad Salahlı bürünc medala layiq görülüb.
İlk dəfə 1989-cu ildə keçirilmiş Beynəlxalq İnformatika Olimpiadası dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır. Azərbaycan 1993-cü ildən Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmək üçün dəvət alsa da, 1994-cü ildən başlayaraq hər il bu olimpiadaya qatılır. 1996, 1997, 2004-cü illərdə Azərbaycan məktəbliləri bürünc, 2003-cü ildə isə gümüş medal qazanıblar.
XXIII Beynəlxalq İnformatika Olimpiadasında dünyanın 77 ölkəsindən 304 məktəbli iştirak edib. İştirakçı ölkələrin sayına görə Beynəlxalq İnformatika Olimpiadasını yalnız Riyaziyyat Olimpiadası ilə müqayisə etmək olar. Hazırda YUNESKO-nun himayəsi altında məktəblilər arasında informatika ilə yanaşı 12 elm sahəsi üzrə beynəlxalq olimpiadalar keçirilir.
Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadasının qaydalarına görə, hər bir komandanın tərkibində dörd məktəbli ola bilər. Əvvəlki illərdə olduğu kimi, bu il də komandamızın tərkibi müəyyənləşdirilərkən, informatika üzrə respublika olimpiadasının, proqramlaşdırma üzrə tələbələr arasında keçirilmiş olimpiadanın, beynəlxalq səviyyəli onlayn olimpiadaların nəticələri, o cümlədən şagirdlərin yaşı nəzərə alınıb. Sonuncu meyarın mahiyyəti təxminən eyni göstəriciləri olan iki məktəblidən, daha aşağı sinifdə təhsil alan şagirdə üstünlük verilməsindən ibarətdir. Beləliklə, Tayland olimpiadasında ölkəmizi VIII-XI sinif şagirdlərindən ibarət komanda təmsil edib.
Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılıb. Olimpiadaya hazırlıq dərsləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və “İnfomas” ictimai birliyinin elmi-metodiki və təşkilati, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılıb. Komanda üzvlərinə “Kombinatorika”, “Ehtimal nəzəriyyəsi”, “Qraflar nəzəriyyəsi” və riyaziyyatın digər sahələri üzrə mühazirə və məşğələlər keçirilib. İyunun 1-dən iyulun 17-dək davam etmiş treninqlər Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin rəhbərliyi altında aparılıb.
Hazırda 2015-ci il də daxil olmaqla növbəti olimpiadaların keçiriləcəyi ölkələr, o cümlədən XXIV Beynəlxalq İnformatika Olimpiadasının 22-29 sentyabr 2012-ci il tarixində İtaliyada keçiriləcəyi müəyyənləşdirilib.
Məlumat üçün onu da bildiririk ki, ölkəmizin Beynəlxalq İnformatika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil Nazirliyinin olimpiada tədbirləri sisteminə daxil edilib. Cari ilin sentyabrından Ramin Mahmudzadənin rəhbərliyi ilə istedadlı şagirdlərin seçiminə başlanılacaq, oktyabr ayından isə həmin şagirdlərlə hazırlıq işləri aparılacaq.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl