• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 14-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Texniki Kolleci və Sumqayıt Musiqi Kollecinin akkreditasiyası  məsələsi müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində aparılmış işlərdən söz açıb və bu işin təhsil sahəsinin daha da inkişafına xidmət etdiyini qeyd edib. Misir Mərdanov eyni zamanda şuranın üzvlərinə öz tövsiyə və tapşırıqlarını da verib.
Sonra iclas iştirakçıları Akkreditasiya Şurasının ötən iclasında Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə dair dinlənilmiş arayışa və həmin vaxtdan keçmiş dövr ərzində qüsurların aradan qaldırılması istiqamətində görülmüş işlərə əsasən, bu təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edib.
İclasda Bakı Texniki Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Texniki Universitetinin dosenti Həmidulla Məmmədov Bakı Texniki Kollecinin akkreditasiyadan keçirilməsinə dair müvafiq hesabat hazırlandığını və Təhsil Nazirliyinə təqdim edildiyini bildirib. H.Məmmədov qeyd edib ki, həmin hesabatı təhlil etmək, Akkreditasiya Şurasının müzakirəsinə çıxarmaq məqsədilə Təhsil Nazirliyinin əməkdaşlarından və ixtisaslar üzrə ekspertlərdən ibarət Akkreditasiya Komissiyası yaradılıb. H.Məmmədov kollecdə tədrisin təşkili vəziyyətinin təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanıldığını diqqətə çatdırıb. Daha sonra çıxışında iclas iştirakçılarını bu yoxlamanın nəticələri ilə tanış edən komissiya sədri kollecdə təhsil alan tələbələr, müvafiq ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, müəllimlərin sayı və yaş tərkibi, habelə Akkreditasiya Komissiyasının gəldiyi qənaət barədə məlumat verib.
Sumqayıt Musiqi Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Hicran Hacızadə çıxış edərək bu tədris ocağında müvafiq araşdırmalar aparıldığından, ixtisaslar üzrə hazırlığın vəziyyətindən söz açıb. H.Hacızadə kollecin tədris şəraitindən, maddi-texniki bazasından və burada çalışan pedaqoji heyətdən də bəhs edib. O, Akkreditasiya Komissiyasının Sumqayıt Musiqi Kollecində akkreditasiyaya təqdim olunmuş 7 ixtisas üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsini yoxlamaq məqsədilə test tapşırıqlarından istifadə etdiyini bildirib, tələbələrin müvəffəqiyyət və keyfiyyət göstəriciləri ilə iştirakçıları tanış edib. H.Hacızadə, həmçinin bu tədris ocağının 2006-cı ildə yaradılmış Ağcabədi şöbəsi barədə də məlumat verib.
 Sonra müzakirə olunan məsələlərlə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər bildirilib.
İclasda təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edilməsini də tövsiyə edib.
Sonda Akkreditasiya Şurası Bakı Texniki Kollecinin akkreditasiyadan keçməsi barədə müsbət qərar qəbul edib.
Sumqayıt Musiqi Kolleci ilə bağlı isə vurğulanıb ki, kollecin maddi-texniki bazasında mövcud olan problemlər həll edildikdən sonra onun akkreditə olunması barədə konkret qərar qəbul etmək olar.
İclasda Akkreditasiya Şurasının üzvü, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov da iştirak edib.


10 il əvvəl