• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 12-də təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının regional direktoru Maykl Börd, Azərbaycan üzrə direktoru Pol Klementson və bu təşkilatın proqramlar üzrə meneceri Gülşən Hüseynova ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq, onları Təhsil Nazirliyində görməkdən məmnun olduğunu ifadə edib. “British Council”ın ölkəmizdə həyata keçirdiyi çoxsaylı uğurlu layihələrdən söz açan nazir bu layihələr çərçivəsində əldə olunmuş nəticələri xüsusi qeyd edib. Təhsil naziri Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən danışıb və bu təşəbbüsün növbəti tədris ilində 20 məktəbdə davam etdiriləcəyini önə çəkib. Azərbaycanda ingilis dilinə böyük maraq olduğunu bildirən Misir Mərdanov onu da əlavə edib ki, bu gün “British Council” Təhsil Nazirliyinin yüksək əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardandır.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzaladığını və bu sərəncama uyğun olaraq təhsil sahəsi üzrə qısa müddət ərzində yeni strategiyanın hazırlanacağını qonağın diqqətinə çatdırıb. Misir Mərdanov bu sənədin hazırlanmasında ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, xüsusilə “British Council”ın imkanlarından istifadə olunmasının məqsədəuyğunluğunu vurğulayıb. Nazir, həmçinin son illər Azərbaycanda təhsil sahəsi üzrə atılan mühüm addımlar, həyata keçirilən yeniliklər barədə də məlumat verib.
Daha sonra Misir Mərdanov Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında yaradılmış əlaqələrin genişləndirilməsi istiqamətlərinə toxunub. Təhsil naziri Azərbaycanda təlim tam ingilis dilində və yaxud hər iki dildə aparılan məktəbin yaradılması,  ingilis dilinin tədrisi vəziyyətinin monitorinqinin keçirilməsi, ümumtəhsil məktəbləri üçün ingilis dili dərslik və dərs vəsaitlərinin birgə hazırlanması təklifini irəli sürüb.
“British Council” təşkilatının regional direktoru Maykl Börd səmimi qəbul və verilən məlumat üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edən qonaq bu tərəfdaşlıqdan razı qaldıqlarını ifadə edib. Maykl Börd “British Council” təşkilatının 16 ölkəsi üzrə məsul şəxs olduğunu vurğulayıb,  həmin ölkələr içərisində Azərbaycanın xüsusi yerini nəzərə çatdırıb. Birgə layihələrin önəmli nəticələrindən danışan qonaq bu əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirib. Qonaq eyni zamanda hazırda Azərbaycanın təhsil sistemi üzrə prioritet sahələrlə maraqlanıb.
Misir Mərdanov öz növbəsində müəllim nüfuzunun qaldırılmasının, onların ixtisasının artırılması və yenidən hazırlanmasının, təhsilin idarəolunmasının, dərsliklərin, kurikulumların hazırlanmasının və digər məsələlərin ölkə təhsili üçün prioritet istiqamətlər olduğunu qeyd edib.
Görüşdə Böyük Britaniya universitetləri ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, orta və peşə təhsili sahəsi üzrə əməkdaşlığın yaradılması, azərbaycanlı gənclərin Böyük Britaniya universitetlərində təhsili, məktəblərdə ingilis dilinin tədrisi, müəllim-tələbə mübadiləsinin təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl