• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakıda keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi başa çatdı

Bakıda keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC, Turkic World Mathematical Society)  IV konqresi  başa     çatdı.
AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın 20 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Fransa, ABŞ, Rusiya, Böyük Britaniya və digər ölkələrdən olan alimlər iştirak    ediblər.
Çıxış edən alimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulayıb, müasir dünyada bu sahələrin mühüm rolundan, TDRC-nin fəaliyyətinin əhəmiyyətindən      danışdılar.
Konqresin bölmə iclaslarında riyaziyyatın nəzəri və tətbiqi problemlərinə, bu elmin tədrisi metodikası məsələlərinə həsr edilmiş 314 məruzə dinlənildi və geniş müzakirə olundu.
Konqresdə həmçinin Türk Dünyası Riyaziyyat Cəmiyyəti idarə heyətinin üzvləri seçildi. Azərbaycanın təhsil naziri Misir Mərdanov növbəti üç il müddətinə TDRC-nin prezidenti, akademik Fikrət Əliyev (Azərbaycan), professor Etibar Pənahov (Türkiyə), akademik Amanbek Jaynakov (Qırğızıstan), professor Narqozu Danayev (Qazaxıstan) vitse-prezident seçildilər.
Qazaxıstanın elm və təhsil naziri, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin sabiq prezidenti akademik Baxıtcan Cumaqulov TDRC-nin Fəxri prezidenti seçildi. TDRC-nin fondu yaradıldı və prezidenti akademik Fikrət Əliyev oldu.
Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunub. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları       birləşdirir. Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), II konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), III konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilib.
Təşkilatın məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri türk dilli ölkələrin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir.


10 il əvvəl