• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 1-də Novxanıdakı “Aqua-Park” İstirahət Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresi öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov konqresdə Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna və Gürcüstandan, ümumilikdə 20 ölkədən riyaziyyatçı alimlərin iştirak etdiyini qeyd edib. Türk Dünyası Riyaziyyat Cəmiyyətinin beynəlxalq təşkilat olduğunu vurğulayan təhsil naziri bu qurumun əsas məqsədini, onun yaranma tarixini və öz sıralarında riyaziyyatçı alimləri birləşdirdiyini nəzərə çatdırıb. Nazir bildirib ki, 1999-cu ildə təsis olunmuş təşkilatın bu günədək 3 konqresi keçirilib, sonuncu tədbirdə isə IV konqresin Bakıda keçirilməsi qərara alınıb. Bununla əlaqədar yaradılmış Təşkilat Komitəsinə sədr seçildiyini qeyd edən Misir Mərdanov onu da əlavə edib ki, konqresə xarici ölkələrdən qatılan 300-dək iştirakçı arasında Qazaxıstan Respublikasının elm və təhsil naziri Bakıtcan Cumaqulov, Qazaxıstan Respublikası Milli Məclisinin deputatı, professor Kılışbay Bisenov, Qazaxıstan Respublikası MEA-nın prezidenti Murat Jurinov, İspaniya Krallığının Riyaziyyat Cəmiyyətinin nümayəndəsi Pedro A.Guil və başqaları var.
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəaliyyətində ona rəhbərlik edən Qazaxıstan Respublikasının elm və təhsil naziri B.Cumaqulovun xidmətlərini xüsusi qeyd edən nazir IV Konqresə də bütövlükdə bu ölkənin daha çox, təxminən 100 nəfərlik nümayəndə heyəti ilə qatıldığını diqqətə çatdırıb.
Təhsil naziri Misir Mərdanov IV Konqresin Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin daha bir sübutu kimi dəyərləndirib.
Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin sədri, Qazaxıstan Respublikasının elm və təhsil naziri B.Cumaqulov rəhbəri olduğu qurumun fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Elm və təhsil naziri öz çıxışında ayrı-ayrı ölkə alimlərinin inteqrasiyasını müasir dövrün uğuru kimi qiymətləndirib, bildirib ki, çağdaş dünyada meydana gələn geniş və dərin problemləri yalnız çoxsaylı ölkə alimlərinin birgə səyi ilə həll etmək mümkündür. B.Cumaqulov qarşılıqlı elmi fəaliyyətlər, ən geniş miqyaslı təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli məkan yaradılmasının vacibliyini vurğulayıb. B.Cumaqulov çıxışının sonunda konqresin yüksək səviyyədə təşkili və keçirilməsinə yaradılan şəraitə görə minnətdarlığını bildirib, habelə bir sıra təkliflər irəli sürüb.
Konqresin plenar iclasında TDRC-nin fəxri prezidenti Hilmi Hacı Salihoğlu, Özbəkistan Respublikası Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun direktoru Şavkat Ayupov, Türkiyə Respublikası Fırat Universitetinin rektoru Feyzi Bingöl, Latviya Respublikasının Liepaya Universitetinin rektoru Yanis Rimşans və başqaları çıxış edərək konqresin işinə uğurlar arzulayıblar.
İyulun 3-dək davam edəcək konqresdə 8 bölmə üzrə riyaziyyatın aktual məsələlərinə dair məruzələrin dinlənilməsi nəzərdə tutulur.


10 il əvvəl