• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 30-da "Buta" sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq "Məzun - 2011" adlı tədbir keçirilib.

İyunun 30-da "Buta" sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq "Məzun - 2011" adlı tədbir keçirilib.
Tədbirdə Bakı şəhəri ümumtəhsil orta məktəblərinin 11-ci siniflərini bu il bitirmiş ən nümunəvi, müxtəlif sahələr üzrə yarış və müsabiqələrin qalibləri olan 650 məzun iştirak edib.
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq on bir illik məktəb mühitindən müstəqil həyata ilk addımlarını atan gəncləri təbrik edib. Ölkəmizin tərəqqisinin məhz cəmiyyətin gələcək qurucuları olan gənclərdən asılı olduğunu diqqətə çatdıran N.Rzaquliyeva ulu öndərimiz Heydər Əliyevin Azərbaycan gəncləri ilə həmişə fəxr etdiyini və onlara xüsusi diqqətlə yanaşdığını bildirib. Bu siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan N.Rzaquliyeva dövlət başçısının təhsilə verdiyi önəmdən, gənclərin savadlı, milli-mənəvi dəyərlərimizi qiymətləndirməyi və qorumağı bacaran vətəndaşlar kimi yetişməsində təhsil işçilərinin qarşısına qoyulan əsas vəzifələrdən söz açıb.
N.Rzaquliyeva Bakı təhsilinin uğurlarından danışaraq bildirib ki, son 4 ilin nəticələrinin müqayisəsi ali məktəblərə tələbə qəbulunda paytaxt məktəblərindən olan abituriyentlərin qəbul faizinin yüksəldiyini göstərir. N.Rzaquliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısını da xüsusi vurğulayaraq bütün bunların təhsil işçilərini daha böyük uğurlar qazanmağa ruhlandırdığını söyləyib.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək müstəqil həyata qədəm qoyan məzunları təbrik edib, onlara Azərbaycanın layiqli vətəndaşları kimi yetişmələri yolunda uğurlar arzulayıb.
Sonra ümummilli lider Heydər Əliyevin və ulu öndərin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən viteomaterial nümayiş olunub.
Tədbirdə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın məzunlara təbrik məktubu oxunub.
Daha sonra istedadlı uşaq və gənclər maraqlı konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə bu il Bakı şəhərinin orta məktəblərini əla təhsillə və nümunəvi davranışla bitirən 29 məzuna qızıl və gümüş medallar təqdim olunub.          
Buraxılış gecəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək, müstəqil ölkəmizin təhsil tarixində ilk dəfə qızıl və gümüş medallara layiq görülən məzunları təbrik edib, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıblar.
Sonda məzunlar onların əməyinə verilən böyük qiymətə görə təşəkkürlərini bildirib və göstərilən etimadı doğruldacaqlarını vurğulayıblar.


10 il əvvəl