• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 18-də Təhsil Nazirliyində «Elektron təhsil» Respublika müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirilib.

İlk öncə «Elektron təhsil» müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil edilən müsabiqəyə aprelin 11-də start verilib. «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, İntel korporasiyasının «Gələcək üçün təhsil» proqramı, AzEduNet, Ultra, HP, Azerfon-Vodafone və Mədət təşkilatı tərəfindən dəstəklənib. Müsabiqə «Elektron tədris resursları» və «Təhsildə internet texnologiyaları» istiqamətləri üzrə təşkil edilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron resurslardan və internet texnologiyalarından tədris proseslərində istifadə imkanlarını daha da genişləndirmək, bu sahədəki yeniliklər barədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, o cümlədən tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsində əməyi olanlara, bu işdə yaxından iştirak edən bütün təşkilat və şirkətlərə Azərbaycanın təhsil ictimaiyyəti adından təşəkkürünü bildirib. Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlilərindən biri olduğunu vurğulayıb.
«Elektron təhsil» Respublika müsabiqəsinin əhəmiyyətindən söz açan təhsil naziri müsabiqənin qaydaları barədə məlumat verib. Nazir deyib ki, müsabiqədə 5 nominasiya üzrə 601 nəfər iştirak edib və təqdim olunmuş layihələrdən 98-i nominant seçilib. Misir Mərdanov çıxışının sonunda ayrı-ayrı nominasiyalar üzrə qalib gəlmiş şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qeyd edib ki, ölkədə informasiya cəmiyyətinin formalaşmasının əsas istiqamətlərindən biri də təhsilin informasiyalaşdırılmasıdır. Fikrini konkret misallarla əsaslandıran R.Əliquliyev təhsilin informasiyalaşdırılmasının zəruri tərəflərinə toxunub, bu prosesin müasir dövrün başlıca tələblərindən biri olduğunu nəzərə çatdırıb.
Daha sonra müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunub.


10 il əvvəl