• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 17-də təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının elm və təhsil naziri Dmitri Şaşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Azərbaycan və gürcü xalqlarının dostluğundan, iki ölkə arasındakı əlaqələrdən söz açan nazir təhsil sahəsində mövcud olan əməkdaşlığın inkişaf istiqamətlərindən bəhs edib.
Təhsil naziri Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri üçün Azərbaycan dilində dərsliklərin hazırlanması məsələsinə toxunub və azərbaycanlı mütəxəssislərin bu işdə yaxından iştirak etməsi təklifini irəli sürüb. Eyni zamanda Misir Mərdanov Gürcüstandakı Azərbaycan məktəblərində aparılan əsaslı təmir və tikinti işlərinə köməklik göstərilməsinin lazim olduğunu qeyd edib.
Nazir qonaqların bir neçə təhsil müəssisəsinə baş çəkməsini tövsiyə edib, onların ölkəmizin təhsil sistemi ilə yaxından tanış olmasının əhəmiyyətini vurğulayıb.
Gürcüstan Respublikasının elm və təhsil naziri Dmitri Şaşkin Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. İki ölkə arasındakı dostluq əlaqələrindən və səmərəli əməkdaşlıqdan söz açan qonaq Gürcüstandakı Azərbaycan məktəblərinin maddi-texniki bazasının inkişaf etdirilməsi məqsədilə görülən işlərdən danışıb. Qonaq Gürcüstanda bu il I-VI, gələn tədris ilində isə VII-XI siniflər üçün Azərbaycan dilində dərsliklərin hazırlanmasının nəzərə tutulduğunu qeyd edib. Elm və təhsil naziri ölkəsindəki Azərbaycan məktəblərini bitirmiş məzunların Gürcüstanın ali məktəblərində təhsil alması üçün yaradılmış şəraitdən, müəyyən kvota və imtiyazlardan söz açıb. Dmitri Şaşkin, həmçinin Gürcüstanın təhsil sistemi, orta təhsilin inkişafı üzrə aparılan islahatlar haqqında məlumat verib və qarşıda duran məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb.
Görüşdə Gürcüstanda yerləşən Azərbaycan məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, gələcəkdə birgə fənn olimpiadalarının təşkil olunması, ölkəmizdə gürcü dilinin, Gürcüstanda isə Azərbaycan dilinin tədrisi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Təhsil naziri Misir Mərdanov Gürcüstanda Azərbaycan, Azərbaycanda isə gürcü tarixi və coğrafiyasına dair vəsaitin hazırlanması, orta məktəblərdə fakültativ kursların təşkil olunması ilə bağlı təkliflərini irəli sürüb.
Gürcüstanın elm və təhsil naziri isə öz növbəsində verilən təkliflərə münasibətini açıqlayıb, bu məsələlərə dair lazımi addımlar atmağa hazır olduqlarını və bununla bağlı komissiya yaradılacağını bildirib.
Görüşdə Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.


10 il əvvəl