• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 14-də Təhsil Nazirliyində birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 2010-2011-ci tədris ilinin uğurla başa çatdığını bildirib. Birbaşa nazirliyin tabeliyində olan lisey və gimnaziyaların fəaliyyətindən razılığını ifadə edən nazir həmin təhsil müəssisələri şagirdlərinin buraxılış imtahanlarında yüksək nəticələr göstərəcəyinə ümidvar olduğunu söyləyib.
Misir Mərdanov "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqələrində birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin fəal iştirak etdiyini nəzərə çatdırıb. Bu tədris ocaqlarında çalışan müəllimlərin builki "Ən yaxşı müəllim" müsabiqəsində göstərdiyi nəticələrdən söz açan təhsil naziri qazanılmış uğurların həmin məktəblərdə tədrisin keyfiyyətinin bariz nümunəsi olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə təhsilinin inkişafına xüsusi qayğı göstərildiyini bildirən nazir son illərdə orta təhsil müəssisələrində işin müasir tələblər səviyyəsində qurulması üçün həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığını vurğulayıb. Birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin bütün ehtiyaclarının vaxtında ödənilməsinin vacibliyini qeyd edən təhsil naziri bununla bağlı müvafiq tapşırıqlarını verib. Bu təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili baxımından bir sıra digər məsələlərə toxunan nazir I siniflərə qəbul, yuxarı sinif şagirdlərinin yerdəyişməsi, müəllim-şagird nisbəti və siniflərdə şagirdlərin sıxlığı ilə bağlı fikirlərini bildirib.
Sonra birbaşa nazirliyin tabeliyində olan lisey və gimnaziya direktorları rəhbərlik etdikləri təhsil müəssisələrinin mövcud vəziyyəti, görüləcək işlər barədə məlumat verib, onları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.


10 il əvvəl