SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 1-dən 3-dək Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi keçiriləcək.
Konqresin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə qərar qəbul edib. Qərara əsasən, konqresin təşkili və keçirilməsi üçün Beynəlxalq Proqram Komitəsi, Məsləhət Şurası və İşçi Qrupu yaradılıb. Konqresin Təşkilat Komitəsinin sədri təhsil naziri Misir Mərdanovdur. Artıq konqresin saytında dünyanın 20-yə yaxın ölkəsindən 800-dək alim qeydiyyatdan keçib və 500-dək məruzə təqdim olunub.
Qeyd edək ki, Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunub. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir. Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), II konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), III konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilib.
Təşkilatın fəaliyyətinin əsas məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl