• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 21-də Gəncə şəhərindəki 27 nömrəli məktəb–liseydə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi–praktik konfransı keçirilib.

Konfransda təhsil naziri Misir Mərdanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Gəncə Şəhər Təhsil İdarəsinin, Naftalan şəhər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy rayon təhsil şöbələrinin müdirləri, metodistlər, məktəb direktorları iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov və konfrans iştirakçıları öncə məktəbin foyesində təşkil edilmiş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Sonra nazir riyaziyyat müəllimləri Yeganə Səfərovanın III sinifdə, Nabat Qasımovanın IX sinifdə apardıqları açıq dərslərdə iştirak edib.
Konfransı giriş sözü ilə açan Misir Mərdanov son illər respublikamızda aparılan təhsil islahatları haqqında məlumat verib. Təhsil naziri bildirib ki, ölkənin davamlı inkişafı üçün daim təhsilin səviyyəsinin yüksəldilməsinə diqqət yetirilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Son illər Gəncədə müşahidə olunan dinamik inkişafdan söz açan nazir ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirdiyini vurğulayıb, bu məqsədlə qəbul olunmuş  proqram çərçivəsində görülən misilsiz işlər haqqında danışıb. Təhsil sahəsinin inkişaf perspektivlərinə həsr olunmuş belə tədbirlərin keçirilməsinin vacibliyini söyləyən Misir Mərdanov konfransın əhatə etdiyi 11 rayonda təhsilin mövcud durumu haqqında aydın təsəvvür yaradan məlumatları iştirakçıların nəzərinə çatdırıb.


10 il əvvəl