SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş «Boloniya prosesində ali təhsildə keyfiyyətin idarəolunması» mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin nümayəndələri, tanınmış alimlər və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayıb və tədbirə qatılan türkiyəli qonaqları təqdim edib. Bu konfransın Azərbaycan Dövlət Pedaqoji və Qafqaz universitetlərinin təşəbbüsü ilə keçirilməsinin təsadüfi olmadığını vurğulayan nazir bildirib ki, son illər bu ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret işlər görülüb, tədris prosesində informasiya texnologiyalarının tətbiqi, şəffaflığın təmin edilməsi yönündə müsbət təcrübə qazanılıb.
Misir Mərdanov ölkəmizdə ali təhsil sahəsində aparılan islahatların əsas məqsədlərindən bəhs edib, ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası, informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının yaradılması, keyfiyyətli və səmərəli ali təhsil sisteminin formalaşdırılması məsələlərindən söz açıb. Ölkəmizdə ali təhsilin Boloniya prosesi çərçivəsində yenidən formalaşdırılması işinə Təhsil Nazirliyi ilə bərabər universitetlərin də təşəbbüskar və yaradıcı yanaşmasının vacibliyini vurğulayan təhsil naziri bu baxımdan konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra konfransın plenar iclasında Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulunun (YÖK) icraçı heyətinin üzvü Şaban Çalış, Mərmərə Universitetinin rektoru Zafer Gül, Sakarya Universitetinin rektoru Muzaffer Elmas, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Kaya Bakkalbaşı çıxış ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl