SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 15-də Bakının Nəsimi rayonundakı elitar gimnaziya əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva elitar gimnaziyaya gəliblər. Məktəblilər Mehriban xanıma gül dəstəsi təqdim ediblər.
Dövlətimizin başçısı və xanımı müasir standartlara uyğun şəkildə bərpa edilmiş və yenidən qurulmuş gimnaziya ilə tanış olublar.
Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda son illər ərzində məktəb binalarının tikintisi və təmiri geniş vüsət alıb və təhsil sisteminin maddi-texniki bazası əsaslı şəkildə möhkəmlənib. Ölkə Prezidentinin tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış gimnaziyada tədris üçün hər cür şərait yaradıldığını qeyd edən nazir burada 70-ə yaxın sinif otağının olduğunu nəzərə çatdırıb. 1000 şagird yeri olan gimnaziyada yeni dərs ilində 958 məktəblinin təhsil alacağını söyləyən Misir Mərdanov onların təlim-tərbiyəsi ilə 93 müəllimin məşğul olacağını vurğulayıb.
Onu da qeyd edək ki, 2007-2008-ci tədris ilinin yekunlarına görə gimnaziya “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Cari ildə bu məktəbin 76 məzunu respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul imtahanlarında iştirak edib, onlardan 70-i tələbə adını qazanıb. Məktəbin 8 məzunu 600-dən çox bal toplayıb, onlardan biri Prezident təqaüdünə layiq görülüb.
Gimnaziya binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Azərbaycanın dövlət rəmzləri ilə bağlı xüsusi guşələr yaradılıb.
Dövlətimizin başçısı ikinci mərtəbədə ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb. Yeni kompüterlərlə təmin olunub kompüter otağında dərs keçən V sinfin 24 şagirdinə ölkə rəhbəri tərəfindən fərdi noutbuklar hədiyyə edilib. Prezident İlham Əliyev VI sinif şagirdlərinə riyaziyyat fənninin elektron lövhədə tədrisi prosesini izləyib.
Müəllimlər otağında yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev pedaqoqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra gimnaziyanın kitabxanası, kimya kabineti, idman salonu və həyətində yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə ölkədə təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğıya, pedaqoq əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə edən müəllimlər bildiriblər ki, bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə xidmət edir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl