• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 11-də Masallı rayonundakı 4 nömrəli Digah tam orta məktəbində “Müasir dövrdə innovativ təhsil ideyalarının tətbiqi təcrübəsindən” mövzusunda zona elmi-praktik konfransı keçirilib.

Konfransda təhsil naziri Misir Mərdanov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun rəsmiləri, Masallı, Lənkəran, Astara, Lerik, Salyan, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının təhsil şöbələrinin işçiləri iştirak edib.
Öncə qonaqlar məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Təhsil naziri Misir Mərdanov yeni istifadəyə verilən Digah tam orta məktəbinin idman zalı, kitabxana və sinif otaqları ilə tanış olub. Açıq dərslərdə iştirak edən nazir həm uşaqların, həm də müəllimlərin bilik səviyyəsindən razı qaldığını bildirib.
Elmi-praktik konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlardan, son zamanlar xeyli sayda yeni məktəb binasının tikilərək istifadəyə verilməsindən və bütün ümumtəhsil müəssisələrinin ən zəruri avadanlıqlarla, o cümlədən kompüter texnologiyaları ilə təchiz olunmasından bəhs edib. Qeyd edilib ki, təhsil sahəsində aparılan islahatlar artıq öz bəhrəsini verməkdədir. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara və müvafiq göstərişlərinə əsasən hazırda ölkə üzrə qəza vəziyyətində olan 525 məktəb 2013-cü ilə kimi təmir olunaraq müasir tələblər səviyyəsinə çatdırılacaq. Son illər yeni kurikulumun tətbiqi məsələlərindən söz açan Misir Mərdanov mövcud istiqamətdə görülən işlərin davamlı olacağını və onun səmərəliliyini nəzərə çatdırıb.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, rəhbərlik etdiyi rayonda təhsil sahəsində qazanılan uğurlardan danışıb.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


10 il əvvəl