• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 6-da Təhsil Nazirliyində “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onlara olimpiadada uğurlar qazanmağı arzulayıb. “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının keçirilməsinin məqsədini açıqlayan nazir bu olimpiadanın dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərin həllində, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsində mühüm əhəmiyyəti olacağını qeyd edib.
Ölkə Prezidenti cənab İlham Əliyevin önəm verdiyi sahələrdən birinin məhz ekologiya olduğunu qonaqların diqqətinə çatdıran Misir Mərdanov son illər bu prioritet istiqamət üzrə görülmüş işlər barədə danışıb. Nazir bildirib ki, Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, “İNEPO-AVRASİYA” İctimai Birliyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Təhsil naziri Azərbaycan məktəblilərinin də bu olimpiadaya maraqlı layihələrlə qatıldığını nəzərə çatdırıb. Nazir, həmçinin ənənəvi olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını və bu il dünyanın 35 ölkəsindən 300-dək iştirakçının biliklərini sınayacağını qeyd edib.  
Misir Mərdanov olimpiadanın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib və bilik yarışının yüksək səviyyədə keçəcəyinə əmin olduğunu vurğulayıb. Daha sonra nazir olimpiada iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmağı, öz ölkələrinə bu barədə lazımi məlumatlar çatdırmağı tövsiyə edib.
Tədbirdə aprelin 8-də açılış mərasimi olacaq olimpiadaya Azərbaycandan daxil olan 193 layihədən 58-nin, digər ölkələrdən təqdim edilən 235 layihədən isə 57-nin seçilməsi barədə məlumat verilib. Eyni zamanda həmin layihələrin münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyi qeyd olunub.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən və “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin sədri Arif Gömleksiz iştirak edib.
Sonda bir sıra ölkələrin nümayəndələri bu görüşdən məmnun olduqlarını vurğulayıb və onlara göstərilən yüksək münasibətdən razı qaldıqlarını bildiriblər.


10 il əvvəl