• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 5-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan Tufanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən nazir Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluq, qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkən nazir yaradılmış əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Misir Mərdanov bu günlərdə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim və Tərbiyə Kuruluna ezam olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin uğurlu səfəri və onların səmərəli təcrübə mübadiləsi apardıqları barədə danışıb. Səfərin dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi məqsədi daşıdığını qeyd edən nazir nümayəndə heyətinin keçirdiyi görüşlərin gələcəkdə bu istiqamətdə aparılacaq işlərdə mühüm rolu olacağını diqqətə çatdırıb. Nazir, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin müvafiq qurumlarının dərsliklərin hazırlanması proseduru və onların qiymətləndirilməsi ilə bağlı son 3 il ərzindəki əməkdaşlığından razı qaldığını bildirib.
Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan Tufan səmimi qəbula və münasibətə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərində təhsil sahəsinin xüsusi yeri olduğunu qeyd edən qonaq bu görüşün qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini inamla vurğulayıb.
Rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri, burada çalışan əməkdaşların vəzifələri, müxtəlif fənlər üzrə komissiyalar barədə məlumat verən Merdan Tufan, eyni zamanda birgə işlərin davam etdirilməsi istiqamətində bundan sonra da lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Görüşdə o da qeyd olunub ki, Türkiyə Respublikası nümayəndə heyəti ilə dərslik komplektlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi və bu kimi digər məsələlərlə bağlı müvafiq iş aparılacaq.


10 il əvvəl