SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 5-də təhsil naziri Misir Mərdanov “Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən nazir Azərbaycanda tədris ocaqlarının kompüter texnologiyaları ilə təminatı məsələsinə xüsusi diqqət yetirildiyini, məktəblərin internetə çıxış imkanlarının artdığını və daxili şəbəkələrin internet təhlükəsizliyinin qorunması üçün antivirus proqramlarından istifadə edildiyini nəzərə çatdırıb.
Rəhbərlik etdiyi qurumun internet təhlükəsizliyi texnologiyaları üzrə ixtisaslaşdığını qeyd edən “Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperski kompüter viruslarına qarşı lisenziyalı müdafiənin üstünlükləri haqqında fikirlərini söyləyib. Müxtəlif ölkələrdə həyata keçirdikləri layihələrdən söz açan qonaq “Kasperski Laboratoriya”nın təqdim etdiyi xidmət növləri barədə ətraflı məlumat verib və Azərbaycanda ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayıb.
“Kasperski Laboratoriya” antivirus kompaniyasının göstərdiyi xidmətlərin maraq doğurduğunu qeyd edən Misir Mərdanov Təhsil Nazirliyinin İKT üzrə müvafiq mütəxəssisləri ilə müzakirələr aparılmasının gələcək əməkdaşlığa müsbət təsir göstərəcəyinə inandığını bildirib. Azərbaycanda məktəblərin internet şəbəkələrinin təhlükəsizliyinin daha etibarlı təmin olunmasının vacibliyini vurğulayan nazir ölkəmizin orta məktəblərində bu baxımdan görülmüş işlər haqqında da məlumat verib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl