• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 29-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb.

Öncə təhsil naziri qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. Səfir Metyu Brayzanı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlıqda təhsil sahəsinin də mühüm rolu olduğunu bildirib.
Təhsil naziri Misir Mərdanov son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsinin inkişafı istiqamətində mühüm addımların atıldığını xüsusi qeyd edib. Daha sonra Misir Mərdanov Azərbaycanla ABŞ arasındakı səmərəli təhsil əlaqələrinin müsbət nəticələrindən danışıb, bir sıra təhsil və mübadilə proqramları çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Metyu Brayza ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı baxımından lazımi səy göstərəcəyini vurğulayıb. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə məlumatlı olduğunu nəzərə çatdıran səfir öncə müvafiq mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ universitetlərində təhsili və bununla bağlı birgə işlərin aparılmasından söz açıb. Səfir Heydər Əliyev Fondunun iki ölkənin təhsil sahəsində əməkdaşlığının gücləndirilməsi istiqamətində atdığı mühüm addımları da vurğulayıb. Metyu Brayza, həmçinin ölkəmizin regionlarında qızların peşə təhsilinə cəlb olunması təklifi ilə çıxış edib.
Səfirin qeyd etdiyi məsələlərə münasibətini bildirən nazir ABŞ universitetlərində təhsil almış azərbaycanlı məzunların ölkəmizin ali məktəblərində akademik və elmi tədqiqata başlaması istiqamətində birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.
Sonda ikitərəfli əməkdaşlığın inkişafı baxımından belə görüşlərin əhəmiyyətindən bəhs olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir  mübadiləsi aparılıb. 


10 il əvvəl