SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 21-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən II Respublika muğam müsabiqəsinin açılış mərasimi olub.
Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi Respublika muğam müsabiqəsinin ilk dəfə 2009-cu ildə keçirildiyini bildirib. S.Kərimi qeyd edib ki, bu ilki müsabiqəyə 18-35 yaşlı 40 nəfər ifaçı sənəd versə də, onlardan 18 nəfər II Respublika muğam müsabiqəsində iştirak etmək hüququ qazanıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva respublikamızda muğam sənətinin inkişafı istiqamətində görülmüş işlər, həyata keçirilmiş layihələr haqda fikirlərini bildirib. S.Məmmədəliyeva Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rol oynadığını nəzərə çatdırıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə ölkəmizdə keçirilən II Respublika muğam müsabiqəsinə olan böyük marağı Azərbaycanda muğamın təbliğinə göstərilən dövlət qayğısının təzahürü kimi səciyyələndirib. Nazir müavini bu müsabiqədə də istedadlı gənclərin üzə çıxacağına əminliyini ifadə edib. Son illər ərzində həyata keçirilən müvafiq layihələr çərçivəsində Azərbaycan muğamının dünya arenasında daha yaxşı tanındığını söyləyən Elmar Qasımov bildirib ki, bu müsabiqə xalqın əsrlər boyu yaşadaraq bu günə gətirdiyi muğamın gələcək nəsillərə ötürülməsi işinə layiqli bir töhfədir.
Sonra II Respublika muğam müsabiqəsi iştirakçılarının çıxışları dinlənilib. Qeyd olunub ki, tanınmış musiqiçilər və ustad sənətkarlardan ibarət olan münsiflər heyəti tərəfindən ilk üçlüyə layiq görülən ifaçılar II Beynəlxalq muğam festivalında ölkəmizi təmsil edəcəklər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl