• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 17-də Təhsil Nazirliyində Bakı Biznes Universitetində, Azərbaycan Milli Konservatoriyasında və Şəki Pedaqoji Kollecində 2010-cu ilin noyabr və dekabr aylarında aparılmış akkreditasiyanın nəticələrinə dair iclas keçirilib.

İclasda çıxış edən komissiya sədrləri - Bakı Biznes Universiteti üzrə Ə.Babayev, Azərbaycan Milli Konservatoriyası üzrə E.Hüseynova, Şəki Pedaqoji Kolleci üzrə B.Nəsirov bildiriblər ki, təhsil müəssisələrində tədrisin təhsil proqramları əsasında təşkilinin vəziyyəti və Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğu təhlil olunub, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsi yoxlanılıb. Komissiya sədrləri özünütəhlil hesabatlarının nəticələri və tələbələrin müvəffəqiyyət göstəriciləri, professor-müəllim heyətinin sayı, yaş tərkibi haqqında da məlumat veriblər. Bunlarla yanaşı, tədris ocaqlarında ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət göstəriciləri qeyd edilib, komissiyanın tövsiyə və təklifləri nəzərə çatdırılıb.
İclasda Akkreditasiya Şurası tərəfindən Bakı Biznes Universitetində 6, Azərbaycan Milli Konservatoriyasında 7, Şəki Pedaqoji Kollecində isə 3 ixtisasın akkreditə edilməsinə dair qərar qəbul olunub.
Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


10 il əvvəl