• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

15-16 fevral tarixlərində Ağcabədidəki 8 nömrəli məktəbdə «British Council» beynəlxalq təşkilatı Təhsil Nazirliyinin dəstəyi ilə rayonun müxtəlif təhsil müəssisələrindən olan 25 müəllim və 27 şagird üçün ingilis dili üzrə təlimlər keçirib.

Təlimlərin açılışına həsr olunmuş tədbirdə «British Council» təşkilatının nümayəndələri, Ağcabədi rayon Təhsil Şöbəsinin rəhbərliyi, 8 nömrəli məktəbin direktoru və digər təhsil işçiləri iştirak ediblər.
Təlimin məqsədi müəllim və şagirdlərə «British Council» təşkilatının ingilis dilinin təlimi və tədrisi üzrə www.teachingenglish.org.uk, www.learnenglish.org.uk internet səhifələrindən istifadə bacarıqlarının aşılanması və bunun nümunələr tətbiq etməklə öyrədilməsindən ibarət olub.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən göndərilmiş ingilis dilində oxu kitabları təlimlər zamanı müəllimlərə təqdim edilib. Müəllimlər əldə etdikləri təlim materiallarından istifadə edərək, bu vəsaitdən və müvafiq internet resurslarından digər müəllimlərin də bəhrələnməsinə yardımçı olacaqlar. Daha sonra müəllimlər interaktiv dərs nümunələri hazırlayacaqlar.
Təqdim edilmiş sorğu vərəqlərinin nəticələrinə əsasən iştirakçılar tərəfindən təlim yüksək qiymətləndirilib və belə təlimlərin mütəmadi olaraq keçirilməsi arzu edilib.
Sonda təlimlərdə iştirak etmiş müəllim və şagirdlərə sertifikatlar təqdim olunub.


10 il əvvəl