• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 28-də Təhsil Nazirliyində II Respublika Muğam Müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransını giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov Respublika Muğam Müsabiqəsinin ilk dəfə 2009-cu ildə keçirildiyini qeyd edib və bildirib ki, bu ilki müsabiqə Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və Muğam Birliyinin təşəbbüsü ilə təşkil olunub. E.Qasımov son illər muğam sənətinin qorunması və inkişafı istiqamətində görülən işlərdən danışıb, belə müsabiqələrin yüksək əhəmiyyəti olduğunu nəzərə çatdırıb. Nazir müavini bildirib ki, 18-35 yaşlı ifaçıların iştirak edə biləcəyi müsabiqəyə yanvarın 29-dan start veriləcək və sənəd qəbulu fevralın 20-dək davam edəcək. Seçim turunun iki mərhələdə keçiriləcəyini qeyd edən nazir müavini Münsiflər Heyətinin tərkibinə ustad sənətkarların daxil olduğunu bildirib.
E.Qasımov xarici ölkələrdən iştirakçıların və II Respublika Muğam Müsabiqəsi qaliblərinin bu ilin mart ayında keçiriləcək II Beynəlxalq Muğam Festivalına qatılacağını nəzərə çatdırıb.
Sonra Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi müsabiqənin keçirilməsinin əsas məqsədi, eləcə də II Beynəlxalq Muğam Festivalı barədə məlumat verib.
Mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.


10 il əvvəl