• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 25-də Təhsil Nazirliyində “Elektron Təhsil” layihəsinin təqdimat mərasimi keçirilib.

Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 20 orta təhsil müəssisəsinin “Elektron Məktəb” pilot layihəsinə qoşulduğunu, yaxın müddətdə isə daha 30 tədris ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə çatdırıb.
Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə Azərbaycanın MDB məkanında öncül yerlərdən birini tutduğunu qeyd edən “Ultra” şirkətinin prezidenti Tahir Mirkişili “Elektron Təhsil” layihəsi haqqında məlumat verib. Artıq ölkə üzrə 1000 məktəbdə elektron dərslərdən istifadə imkanının olduğunu vurğulayan T.Mirkişili Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin məlumatları əsasında 4500 məktəbin şagird və müəllim kontingenti barədə məlumatların Data Mərkəzə daxil edildiyini söyləyib.
“Elektron Təhsil” layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işlərə nəzərə çatdıran “Ultra” şirkətinin şöbə müdiri Sərxan Məmmədov layihənin üstün cəhətlərini sadalayıb. “Elektron Təhsil” layihəsinin Təhsil Portalı (www.edu.az), “Elektron Məktəb” İdarəetmə Proqramı (ASM), Elektron Dərsləri İdarəetmə Proqramı (AeL), Elektron Dərslər (SCORM standartları) və Milli Təhsil Məlumat Bazasını (NED) özündə birləşdirdiyinə diqqət çəkən S.Məmmədov layihənin məktəb idarəetməsi, qiymətləndirmə, tədrisin səviyyəsinin yüksəldilməsi, valideyn-məktəb münasibətləri, təhsil sahəsinə dair müxtəlif statistik göstəricilərin vahid bazada toplanması baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, “Elektron Təhsil” layihəsinin gözlənilən nəticələri verməsi üçün həyata keçiriləcək tədbirlər müzakirə olunub.


10 il əvvəl