SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 11-də Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) təşkilatı Təhsil Nazirliyi ilə birgə proqram cərçivəsində ölkəmizin ümumtəhsil məktəblərində “Canlı hüquq” proqramının həyata keçirilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirin əsas məqsədi məktəb rəhbərlərinə proqramın gedişi və növbəti mərhələ barədə bu layihəyə yeni qoşulan məktəblərə istiqamət vermək, beş il ərzində əldə edilmiş təcrübə haqqında məlumat çatdırmaqdan ibarət olub. ABA-CEELİ təşkilatının əməkdaşlarının təqdimatından sonra görülən işlərlə bağlı diskussiya keçirilib.
Məlumat üçün qeyd edək ki, “Canlı hüquq” proqramı 2004-cü ildən Təhsil Nazirliyi ilə birgə ABA-CEELİ təşkilatı tərəfindən ümumtəhsil məktəblərində həyata keçirilir.
Proqramın yeni mərhələsinin cari il fevralın 16-dan başlanması nəzərdə tutulub. Qeyd edək ki, proqramın əhatə dairəsi daha da genişləndirilib və daha bir neçə məktəb bu layihəyə qoşulub.
Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və bir sıra bölgələrin təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları və direktor müavinləri, ABA/CEELİ təşkilatının və “Hüquqi təhsil” proqramının nümayəndələri iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl