SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2010-cu ilin may ayında aparılmış akkreditasiyasının nəticələrinə dair iclas keçirilib.
İclasda çıxış edən Azərbaycan Dövlət Neft Akademiyası üzrə Akkreditasiya Кomissiyasının sədri Xalid Yahudov bildirib ki, ADNA-da tədrisin təhsil proqramlarına uyğun təşkilinin vəziyyəti və Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğu təhlil olunub, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsi yoxlanılıb. Ali məktəbin Elmi Şurasının qərarı ilə attestasiyaya buraxılış kursundan bakalavriat səviyyəsi üzrə 62, magistratura səviyyəsi üzrə 60 ixtisaslaşma təqdim olunduğunu nəzərə çatdıran X.Yahudov tələbələrin müvəffəqiyyət göstəricisi, professor-müəllim heyətini sayı, yaş tərkibi haqqında da məlumat verıb. O, eləcə də ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət göstəricilərini qeyd edib, komissiyanın tövsiyə və təkliflərini sadalayıb.
Bu yaxınlarda Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu xatırladan təhsil naziri Misir Mərdanov Akkreditasiya Komissiyasının qərarının ADNA-nın Elmi Şurasında müzakirə edilməsinin zəruriliyini bildirib. Nazir Akkreditasiya Komissiyasının bir sıra təkliflərinin nəzərə alınmasının Azərbaycan Dövlət Neft Akademiyasında tədrisin səviyyəsinin daha da yüksəlməsinə təkan verəcəyini vurğulayıb. Misir Mərdanov gələcəkdə ali məktəblərin akkreditasiya olunması işinə beynəlxalq ekspertlərin cəlb olunmasının mümkünlüyünü də nəzərə çatdırıb.
Sonra iclasda müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl