SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi başlanmışdır. Həftənin təntənəli açılış mərasimi Almaniya paytaxtının tarixi hissəsində yerləşən "Gendarmenmarkt" meydanındakı məşhur "Konzerthaus Berlin" konsert zalında olmuşdur. Mərasimdə hər iki ölkənin elm və mədəniyyət xadimləri, görkəmli siyasətçilər, hökumət üzvləri, diplomatlar, habelə Avropanın bir sıra ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Mərasimdə giriş nitqi söyləmiş Humbold Universitetinin rektoru Yan-Hendrik Olberts Almaniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində bu cür tədbirlərin böyük əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu həftə ikitərəfli münasibətlərin sürətli inkişafına müsbət töhfə verəcəkdir. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov, Azərbaycanın təhsil naziri, professor Misir Mərdanov, AFR federal təhsil və elmi tədqiqatlar naziri, professor Annete Şavan və Humbold Universitetində yeni açılan "Azərbaycan tarixi" kafedrasına rəhbərlik edəcək professor Eva-Mariya Aux da tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Xüsusi qeyd etməliyik ki, Almaniyada bu il keçirilən Azərbaycan elm və mədəniyyət həftəsi bu əlamətdar hadisə ilə eyni vaxta düşmüşdür və həftənin proqramının ən mühüm bəndi məhz həmin kafedranın təntənəli şəkildə açılmasıdır.
Mərasimin təntənəli hissəsindən sonra konsert olmuşdur. Konsertdə Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun və almaniyalı maestro Ulrix Rilinin rəhbərliyi ilə "Berlin Classic Players" kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Aqşin Əlizadənin əsərləri səslənmişdir.
Açılış mərasimi başa çatandan sonra təntənəli qəbul olmuşdur.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl