SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqaviləyə uyğun olaraq 2009-2010-cu tədris ilində Azərbaycan vətəndaşlarının Türkiyənin ali məktəblərinin bakalavr pilləsində dövlət xətti ilə təhsil alması məqsədilə 48 yer ayrılıb.
Türkiyə tərəfi Təhsil Nazirliyinin sifarişini qəbul edərək Azərbaycan gənclərinin təhsil almaları üçün 24 prioritet ixtisas üzrə (tibb, təyyarə mühəndisliyi, kompüter mühəndisliyi, beynəlxalq əlaqələr, turizm və otelçilik, ispan dili, italyan dili, yapon dili, maliyyə, molekulyar biologiya, genetika və s.) Türkiyənin 12 ən nüfuzlu universitetində yer ayırıb. Bu ali məktəblər arasında Ankara, İstanbul, Boğaziçi, Orta Doğu Texniki, Hacəttəpə, Qazi, İstanbul Texniki, Mərmərə kimi universitetlərin adlarını xüsusi qeyd etmək olar.
Eyni zamanda iki ölkənin müvafiq qurumları arasında mövcud olan razılaşmaya əsasən Türkiyənin ali məktəblərinin magistratura pilləsində Azərbaycan Respublikası üçün müvafiq prioritet ixtisaslar üzrə yüksək səviyyəli kadrların hazırlanması məqsədilə Türkiyə tərəfi 12 təqaüd ayırıb. Bakalavr pilləsini Azərbaycanda bitirən və təhsillərini Türkiyədə davam etdirmək arzusunda olan gənclər də müvafiq qaydalara uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanlarda iştirak etməlidirlər.
Türkiyə ali məktəbələrində təhsil almaq hüququ qazanmış Azərbaycan vətəndaşlarının təhsili, qeydiyyatı və yataqxana ilə təmin olunması pulsuzdur. Bununla yanaşı, həmin tələbələrə həm Türkiyə, həm də Azərbaycan hökuməti tərəfindən aylıq təqaüd verilir və ildə bir dəfə yay tətili müddətində təyyarə ilə gediş-gəliş xərcləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ödənilir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl