SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov “Azərbaycan” Universitetində olub.
Universitetin rəhbərliyi, müəllim-tələbə heyəti tərəfindən səmimi qarşılanan nazir öncə ümummilli lider Heydər Əliyevin binanın foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib.
Universitetin müəllim və tələbələri ilə görüşən təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına böyük önəm verdiyini vurğulayıb. Müasir şəraitdə təhsilin mühüm rolunu xatırladan təhsil naziri ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan söz açıb. “Azərbaycan” Universiteti barədə fikirlərini açıqlayan nazir bu təhsil müəssisəsində bacarıqlı mütəxəssislər hazırlanacağına əminliyini ifadə edib.
Son illər “Azərbaycan” Universitetində təhsilin təşkili, tədris keyfiyyətinin yüksəldilməsi, digər ölkələrin ali məktəbləri ilə ikitərəfli əlaqələrin qurulması istiqamətlərində mühüm işlər görüldüyünü, uğurlar qazanıldığını vurğulayan Misir Mərdanov bütün bunların universitetin nüfuzunun artması ilə nəticələndiyini deyib. Nazir qeyd edib ki, ötən illərdəkindən fərqli olaraq 2010-2011-ci dərs ilində 300 tələbənin daha yüksək ballarla “Azərbaycan” Universitetini seçməsi də məhz bu amillə bağlıdır.
Rəhbərlik etdiyi ali məktəb barədə ətraflı məlumat verən “Azərbaycan” Universitetinin rektoru, professor Akif Musayev bildirib ki, təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və informatika, mühasibat uçotu və audit, menecment, tarix müəllimi, jurnalistika, dövlət və bələdiyyə idarəçiliyi, sosial iş və digər ixtisaslar üzrə bakalavr, 12 ixtisas üzrə magistr, həmçinin ABŞ-ın Corciya Dövlət Universiteti və Gürcüstanın Qafqaz Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində biznes inzibatçılığı sahəsi üzrə bakalavr və magistr hazırlanır. Universitetin beynəlxalq əlaqələrinə toxunan rektor bildirib ki, təhsil müəssisəsi 6 beynəlxalq təşkilatın üzvüdür və dünyanın 19-dan çox nüfuzlu ali məktəbi ilə əməkdaşlıq edir. Ali məktəbdə sürətli kabel internet şəbəkəsi və Wi-Fi sisteminin mövcud olduğunu vurğulayan Akif Musayev bütün auditoriyalarda kompüter və müasir proyektorların quraşdırıldığını diqqətə çatdırıb.
Misir Mərdanov təhsil müəssisəsinin müəllimlərinə, tələbələrinə tövsiyələrini verib, onlara gələcək işlərində uğurlar arzulayıb və universitetin tədris şəraiti ilə tanış olub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl