SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri, paytaxtda yerləşən ali məktəblərin rektorları ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar mayın 4-də Heydər Əliyev Fondunda olublar.
Fondun zəngin ekspozisiyası, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir mərhələsi barədə geniş təsəvvür yaradan dəyərli materiallar maraqla qarşılanıb. Ümummilli liderin Bakıda, Naxçıvanda və Moskvada ayrı-ayrı vəzifələrdə işlədiyi illər ərzində ölkə həyatının müxtəlif sahələrində həyata keçirdiyi layihələr, qazanılan uğurlar haqda məlumatlar qonaqlarda böyük maraq doğurub. Təhsil işçiləri ulu öndər Heydər Əliyevin təhsilə, elmə, mədəniyyətə, bu sahələrdə çalışan insanlara diqqət və qayğısı, dünyanın müxtəlif bölgələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən stend və guşələrlə tanış olublar.
Fondun fəaliyyətindən bəhs edən videofilm təhsil işçiləri tərəfindən xüsusi maraqla qarşılanıb. Filmdə Heydər Əliyev Fondunun son illərdə Azərbaycanda təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirdiyi mühüm layihələr əksini tapıb.
Sonra təhsil naziri Misir Mərdanov Fondun 5 illik yubileyi ilə bağlı təhsil işçilərinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları təbriki, ən xoş istək və arzularını çatdırıb. Nazir qeyd edib ki, ölkəmizin təhsil ictimaiyyəti ulu öndər Heydər Əliyevin nəcib və xeyirxah əməllərini yaşadan Fondun bütün istiqamətlərdə, xüsusilə də təhsil sahəsində həyata keçirdiyi layihələri minnətdarlıqla qarşılayır.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl