SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
YUNİCEF-in regional ofisinin dəstəyi ilə Qırğızıstan hökuməti tərəfindən mayın 12-dən 14-dək Bişkek şəhərində Uşaq Qayğı Sisteminin İslahatı üzrə beynəlxalq forum təşkil edilib.
Tədbirdə uşaqların sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə əldə olunan təcrübənin iştirakçı ölkələr və təşkilatlar arasında bölüşdürülməsi məsələləri müzakirə olunub. Forumda Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan), eləcə də Azərbaycan və Türkiyənin nümayəndə heyətləri, YUNİCEF-in regional ofisinin və ölkələr üzrə ofislərinin nümayəndələri, o cümlədən İngiltərə, Rusiya, Xorvatiya, Bolqarıstan, Hollandiya və Moldovadan olan beynəlxalq ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Nazirlər Kabinetinin elm, xalq təhsili, mədəniyyət və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov “Uşaq Müdafiəsi Sisteminin İslahatı–Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plan” adlı təqdimatla çıxış edib. Bir sıra ölkələrin və YUNİCEF-in nümayəndələrinin, beynəlxalq ekspertlərin çıxışlarında Azərbaycanın bu sahədə fəaliyyəti xüsusi vurğulanıb, transformasiya planının bir model olaraq digər ölkələrdə də tətbiq edilməsi, müvafiq planın işlənilməsi üzrə ölkəmizin təcrübəsinin öyrənilməsi tövsiyə olunub.
“Dövlət uşaq müəssisələri nəzdində günərzi mərkəzlərin yaradılması, alternativ qayğı xidmətlərinin təşkili üzrə Azərbaycan təcrübəsi” adlı təqdimatla çıxış edən Dövlət Proqramının İdarəolunması üzrə İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva QHT-lər və dövlət tərəfindən təşkil edilən sosial xidmət mərkəzləri və əldə olunan müsbət nəticələr barədə fikirlərini bildirib. Daha sonra “Region üzrə islahat çərçivəsində uşaq qayğı sisteminin maliyyələşdirilmə prinsipləri üzrə təcrübə” mövzusunda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məruzə edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl