SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Korrupsiyaya Qarşı Mübarizə Fondu orta məktəblərdə bir aylıq antikorrupsion dərsləri başa çatdırıb.
Təhsildə korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən Təhsil Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvü olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun hazırladığı layihə şagirdlərə müvafiq biliklər verməklə yanaşı, onlarda korrupsiya hallarından qaçmağa imkan yaradan ünsiyyət bacarıqlarını inkişaf etdirmək və korrupsiyaya qarşı mənfi münasibət formalaşdırmaq baxımından da mühüm təsirə malikdir. Bu layihənin məqsədi şagirdləri mənəvi-əxlaqi dəyərlərimizi zədələyən korrupsiya problemi ilə tanış etməyə, azərbaycanlı ailəsində və təhsil müəssisələrində korrupsiyaya qarşı barışmaz münasibət formalaşdırmağa yönəlib.
İlk dərslər Bakının Nəsimi rayonundakı 8 saylı orta məktəbdə həftədə bir dəfə olmaqla 4 dərs keçirilib. Dərslərdə məktəbin X-XI sinif şagirdləri iştirak ediblər. Dərslərin gedişi bir daha deməyə əsas verir ki, yeniyetmələr korrupsiya və rüşvətə etiraz edir, onlarda korrupsiyaya qarşı mübarizə aparmaq əzmi formalaşmağa başlayır. Şagirdlərə antikorrupsion maarifləndirmə vəsaitləri, o cümlədən Fondun kitabça şəklində nəşr etdirdiyi “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya” təqdim edilib.
Onu da qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Fondu yeni dərs ilindən başlayaraq orta məktəblərdə antikorrupsion maarifləndirmə dərslərinin keçirilməsini davam etdirməyə qərar verib. Bundan əlavə, Fond kitabça şəklində nəşr etdirdiyi “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya”nı yay imtahan sessiyası dövründə ali təhsil müəssisələrində kompaniya şəklində yaymağı nəzərdə tutub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl