• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin may ayında 958 müraciət daxil olub.

Müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb.
Qeyd edək ki, may ayında ano­nim­ və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI si­nif­lərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların təşkili, bununla əlaqədar sorğu, rəy və təkliflər, müəllimlərin işə qə­bulu, Respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, ke­çirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə kö­çürülməsi qaydaları ilə əlaqədardır. Hə­min müraciətlər ümumi sor­ğu­ların 80 faizindən çoxunu təşkil edir. Digər sor­ğular isə ümumtəhsil məktəbi şa­gird­lərinin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haq­qı­nın he­sab­lan­ması qay­da­ları, təhsil sənədlərinin alınması və s. məsələlərlə bağlı olub.
Məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil  müəs­si­sə­­lə­­rin­dəki problemlərdən bəhs edən müraciətlər əsasında araşdırmalar apa­rıl­ıb, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata  ke­çi­­ril­ib.
Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı  mü­ra­­ciətlərin böyük əksəriyyəti Bakı şəhərindəndir. Bu sahə üzrə Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, Abşerondan 4, Gəncə, Min­­gə­çevir şəhərləri və Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 müraciət daxil olub. Eyni zamanda  Ağ­daş, Şamaxı, Cəlilabad, Kəlbəcər, Qazax­ ra­yonları üzrə müraciətlər qeydə alı­nıb. Müraciətlərdə ümumtəhsil müəs­sisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində ça­tış­mazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər mə­sələlər öz əksini tapıb.
 Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araş­dı­rıl­araq müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Gəncə 1 saylı Peşə Liseyindən daxil olan müraciət əsasında aparılmış araşdırma nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara görə liseyin direktoru R.Orucovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru N.Mədətxanov isə tutduğu vəzifəsindən azad edilib.
Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 saylı məktəbləri ilə bağlı müraciətlər də araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, əmək intizamının yerinə yetirilməsində yol verdikləri nöqsanlara və s. görə 18 saylı məktəbin müəllimi M.Abdullayevaya, 45 saylı məktəbin laborantı P.Abdullayevaya şiddətli töhmət, 143 saylı məktəbin 6-cı siniflərinin rəhbərlərinə töhmət verilib. 113 saylı məktəbin rəhbərliyinə və 179 saylı məktəbin 5d sinif rəhbərinə xəbərdarlıq edilib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında 146 saylı məktəbin direktoruna işdə yol verdiyi nöqsanlara görə töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavini isə ciddi nöqsanlara görə işdən azad edilib.


10 il əvvəl