SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Türkiyə məktəblilərindən Azərbaycan əsgərinə mənəvi dəstək
Türkiyə Respublikasının Qaradəniz bölgəsinin Samsun ilinin Canik Koçatepe ilkokulunun müəllim və şagirdləri Azərbaycan əsgərlərinə məktub və hədiyyələr göndərməklə onlara mənəvi dəstəklərini ifadə ediblər.
Layihənin müəllifi olan 2 C sinif müəllimi Saadet Tığlı məktubunda Azərbaycan və Türkiyə qardaşlığını xüsusi vurğulayıb. Bildirib ki, Türkiyə xalqı olaraq hər zaman Azərbaycan Ordusunun yanındadırlar. Saadet Tığlı məktubunda Azərbaycanın qalib əsgərlərinin qəhrəmanlıqlarını yaxından izlədiklərini, onlarla fəxr etdiklərini qeyd edib.
Şagirdlərdən Asya Bahar Konaçoğlu, Eymen Efe Keskin, Meryem Qaradəniz, Buse Aşçı, Berat Dura, Zeynəb Kaya, Alpərən Çürtük, Mikail Duyku, Berk Artul və digərləri məktublarında “Biz bir millət, iki dövlətik!”, “Biz iki ordu, bir gücük!”, “Sizin kimi qəhrəman əsgəri böyüdən anaların əllərindən öpürük”, “Dualarımız həmişə sizinlədir” kimi sözlər qeyd edilib. Hər məktubda Azərbaycan və Türkiyənin dövlət bayraqlarının təsviri əsgərlərdə qürur hissi oyadıb. Uşaqların hazırladıqları videolar böyük maraqla izlənilib.
Hərbi qulluqçular samsunlu məktəblilərin bu nəcib, xeyirxah təşəbbüsünü yüksək dəyərləndirərək onlara minnətdarlıq dolu məktub ünvanlayıb, xatirə hədiyyələri göndəriblər.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
2 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
2 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
2 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
2 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
2 il əvvəl